Şota Diğmelaşvili hökumətə istefa vermək üçün bir həftə vaxt verdiklərini bildirir
“Evə-Avropaya doğru” vətəndaş hərəkatının təşkilatçılarından biri Şota Diğmelaşvili Rustavelidə, parlamentin qarşısına toplaşanları tələblər və gələcək planlar ilə tanış edib.
Şota Diğmelaşvilinin də qeyd etdiyi üzrə, hökumətə istefa vermək üçün bir həftə vaxt verirlər.
“Buraya toplaşan xalq depolarizasiyanın və problemin harada olduğunu açıq şəkildə sübut edir. Məhz bu səbəbdən biz tələbi təqdim edirik, bu gürcü xalqının tələbidir, gürcü xalqının şərtdir, nə istəyirsinizsə elə çağırın, gürcü xalqının son sərt sözüdür – İrakli Ğaribaşvili istefa versin və milli razılıq əsasında qış gələnə qədər Aİ rekomendasiyasında əks olunmuş 12 bəndin hamısını yerinə yetirəcək hökumət yaradılsın.
Biz hakimiyyətə möhlət veririk, hakimiyyətin Bidzina İvanişvili hökumətini devirmək və ikinci şərti yerinə yetirmək üçün bir həftə vaxtı var, əgər hakimiyyət və şəxsən Bidzina İvanişvili gürcü xalqının iradəsinə qulaq asmasa, biz bu gün olduğundan, iyunun 20-də olduğundan daha çox gələcəyik və gürcü xalqının hələ ki görmədikləri qəzəbini onlara göstərəcəyik . Onadək, biz hamıya , bütün məhəllələrə, bütün şəhərlərə, bütün kəndlərə baş çəkəcəyik, iyulun 3-nə kimi biz gəzəcəyik və insanları Gürcüstanın yolunun harada hökm sürdüyünə inandıracağıq. Biz birlikdə Gürcüstanın oliqarxsız xilas yolunu seçəcəyik. İyulun 3-də biz bütün şəhərlərdən, bütün kəndlərdən gələcəyik, bir-birimizə axın-axın qoşulacağıq və Tbilisidə, parlamentin qarşısında dalğaya çevriləcəyik və burada qalacağıq, oliqarxiya parçalanmayana qədər dağılmayacağıq”- deyə Şota Diğmelaşvili bildirib.