Soso Qoqaşvili 5 il müddətinə azadlıqdan məhrum edilib
Soso Qoqaşvili 5 il müddətinə azadlıqdan məhrum edilib

 

Tbilisi Şəhər Məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətinin sabiq rəis müavini Soso Qoqaşvilini 5 il müddətinə azadlıqdan məhrum edib. Hakim Valerian Buqianişvili qərarı bir az bundan əvvəl elan edib.

Prokuror İrakli Marşania məhkəmənin Soso Qoqaşvilini beş ittihamın hamısı üzrə təqsirli bildiyini söyləyib. O, bir-birinə uyğun gələn sübutlardan irəli gələrək, həbs-qətimkan hökmünün çıxarılacağının gözlənilən olduğunu bildirib. “Çoxlu sübutlar var idi və onun cinayət törətdiyi birmənalı şəkildə sübuta yetirilirdi” -deyə prokuror açıqlayıb.

Vəkil isə hökmü ədalətsiz adlandırır və onu apellyasiyaya şikayət etməyi planlaşdırır.

Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları iyulun 16-da Soso Qoqaşvilini saxlayıblar.

O, Gürcüstan Cinayət Məcəlləsinin 333-cü maddəsinin birinci hissəsi (məmur tərəfindən dövlətin qanuni mənafeyinin əsaslı şəkildə pozulması ilə müşaiyət olunan vəzifə səlahiyyətlərini aşma), 157-ci maddəsinin 4-cü hissəsi (vəzifədən istifadə etməklə xeyli ziyanla müşaiyət edilmiş şəxsi məlumatların qanunsuz olaraq əldə edilməsi, saxlanılması, yayılması) və 236-cı maddəsinin 3-cü hissəsi (qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə etmə və saxlama) ilə ittiham olunur.