Soso Barataşvili - Mustafa Emre Çabukun ekstradisiya məsələsi üzrə məhkəmə prosssesləri davam edəcək
Hesab edirəm ki, bu bizim vətəndaş ictimaiyyətin və həmçinin beynəlxalq təşkilatlarının böyük mübarizəsi nəticəsidir, – bu barədə Demirel kollecinin keyfiyyət idarəsi meneceri, Mustafa Emre Çabukun vəkili, Soso Barataşvili bəyan etdi.Onun dediyinə görə, birinci instansiya məhkəməsində prosseslər yenə davam edəcək.
“Buraya jurnalistlər, pedaqoqlar, xalq müdafiəçisi, sıravi vətəndaşlar, Avropa Parlamentinin üzvləri, beynəlxalq təşkilatlarının nümayəndələri qatılmışdılar. Bu hüquqi dovlət və demokratiya dəyərlərinin tədbiq olunması üçün həqiqi mübarizə idi”, – Barataşvili bəyan etdi.
Demirel kollecinin keyfiyyət idarəsi meneceri, Mustafa Emre Çabukun ekstradisiya öncəsi həbsi girov ilə əvəz olundu.
Tbilisi Çəhər Məhkəməsi prokurorluğun həbsin girov ilə əvəz olunması tələbini təmin etdi. Prokurorluq 10 000 larilik girov tələb edirdi, məhkəmə isə giorvun miqdarını 1000 lari ilə müəyyənləşdirdi.