Suriyədə başlayan hərbi əməliyyat haqqında sosiyal şəbəkədə şərh yazdığına görə, Türkiyədə 24 nəfər həbs edildi.
Bu barədə məlumatı Reuters agentliyi yayır.
Türkiyənin Daxili İşlər Nazirliyinin nümayəndələri bəyan edirlər ki, qeyd olunan şəxsləri terorizmin propaqandasına görə həbs ediblər.
Anadolu agentliyinin məlumatına görə, 17 nəfər haqqında məlumatı, əsasən kürtlərin yaşadığı Diyarbakır prokurorluğu verib.
Agentliyin yazdığına görə, keçirilən reydlər zamanı, polis silah çıxartdı.
Türkiyə Suriyənin Şimal hissəsindəki kürt hərbçilərinə qarşı “Zeytun budağı” adlı hərbi əməliyyatı yanvarın 20-də başladı.