Sosial Xidmətlər Agentliyinin əməkdaşları maaşların artırılması tələbi ilə Batumidə aksiya keçirdilər
Sosial Xidmətlər Agentliyinin əməkdaşları maaşların artırılması tələbi ilə Batumidə aksiya keçirdilər

Sosial Xidmətlər Agentliyinin əməkdaşları Batumidə etiraz aksiyasını keçirdilər. Onlar Acara Səhiyyə Nazirliyinə getdilər və nazirlə görüş tələb etdilər. Agentliyin əməkdaşları bəyan edirlər ki, onların aldığı təklif kifayət deyil. Onlar maaşın yüz faizlik artırılmasını, tibbi sığorta ilə təmn edilmələrini və nəqliyyatın ayrılmasını tələb edirlər.

“Kimsə ola bilsin maaşın yüz faizlik artırılmasını real təsəvvür etməsin, lakin bizim maaşlar bu təqdirdə də 600-700 lariyə çatacaq. Əməkdaşların hamısı tətil edirik. Təsəvvür edin qarlı havada ailələrə piyada getməliyik, sonra dönməliyik və bəyannaməni işə aparmalıyıq. Belə davam etdimək mümkün deyil”,- Agentliyin əməkdaşların biri bəyan etdi.

Batumidə Agentliyin əməkdaşları Poti və Quriya bölgəsində də qoşuldular, lakin əlverişsiz hava şəraitinə görə, onlar Batumiyə gedə bilmədilər.