400-dən çox milyoner və milyarder açıq məktub yayaraq, ABŞ iqtidarına müraciət edir ki, vergiləri azaldmasın, çünki bu addım, yaranan krizisi daha da gücləndirəcək.
Noyabrın 10-da konqresin aşağı palatası vergi islahatını təsdiqlədi, hansına əsasən, biznes üçün gəlirlər vergisi 35%-dən 20-yə qədər azalacaq.
Donald Tramp hesab edir ki, vergilərin azalması yeni iş yerlərini yaradacaq.
Əgər bu qanun qəbul edilsə, o son 30 il ərzində həyata keçirilən ilk ciddi dəyişiklik olacaq.