Sorğuda iştirak edənlərin əksəriyyəti Donald Tuskun fəaliyyətini mənfi qiymətləndirir

18:12, 20.09.2026

Polşanın baş naziri Donald Tusk əhalinin əksəriyyəti arasında populyar deyil. Bu barədə yerli media “United Surveys by IBRiS”in keçirdiyi sorğuya istinadən yazır.

Sorğuda iştirak edənlərin 54,3%-i Baş nazirin fəaliyyətini mənfi qiymətləndirir.

Sorğuya əsasən, respondentlərin 37,4%-i Tuska qarşı müsbət rəydədir.

Medianın məlumatına görə, sorğu 4-6 sentyabr tarixlərində “Wirtualna Polska”nın sifarişi ilə, Polşanın 1000 yetkinlik yaşına çatmış vətəndaşı arasında, onlayn və telefon sorğusunun qarışıq metodu ilə keçirilib.

Avqustun əvvəlində məlum olub ki, Polşa əhalisinin əksəriyyəti Tuskun rəhbərlik etdiyi hakim koalisiyanın fəaliyyətini mənfi qiymətləndirir.

Oxşar