Sopo Qorqodze - Abiturientlərdən xahiş edirəm qeydiyyat prosesini son günə saxlamayın
Bugün Vahid Milli İmtahanlar, tələbələrin qrant müsabiqələri və ümumi maqistr imtahanları üçün qeydiyyat prosesi başladı, – bu barədə məlumatı Milli İmtahanlar Mərkəzinin direktoru Sopo Qoqrodze verdi.
Sopo Qorqodzenin dediyinə görə, imtahanlar üçün qeydiyyat aprelin 3-də başa çatacaq.
“Aprelin 3-də saat 18:00-dan sonra, abiturientlər və tələbələr qeydiyyatdan artıq keçə bilməyəcəklər. Qeydiyyatdan keçdikdən sonra abiturientlər mütləq elektron poçtlarını yoxlamalıdırlar və qeydiyyatlarının təsdiqləndiyindən əmin olmalıdırlar.
Əgər e-mail ilə təsdiq gəlməsə, demək ki, qeydiyyatdan düz keçə bilmədiniz.
Anlaşılmazlıqların yarandığı halda naec.ge veb-səhifəsindəki qaynar xəttə zəng vurun.
Çalışın ki, qeydiyyat prosesini son günə qoymayasınız ki, qeydiyyat zamanı yaranan problemlər vaxtında həll olunsun” – dedi Qorqodze.