Sopo Caparidze - Mixeil Saakaşvilinin qeyd-şərtsiz azadlığa buraxılması üçün hər şeyi edəcəyəm
Sopo Caparidze - Mixeil Saakaşvilinin qeyd-şərtsiz azadlığa buraxılması üçün hər şeyi edəcəyəm

 
Mixeil Saakaşvilinin qeyd-şərtsiz azadlığa buraxılması üçün hər şeyi edəcəyəm, çünki o, Rusiyanın, Putinin əsirliyindədir və onu azad etmək bizim borcumuzdur – bu haqda “Milli Hərəkat”ın üzvü Sopo Caparidze açıqlayıb.

Sopo Caparidzenin qeyd etdiyi kimi, Mixeil Saakaşvilinin azad olması üçün ölkə rus rejimindən qurtulmalıdır.

“Mən sizə nə etdiyimi deyəcəm, kimin vədini necə yerinə yetirdiyini, kimin konkret hansı planı olduğunu deyə bilmərəm, bir şeyi bilirəm ki, Mixeil Saakaşvilinin qeyd-şərtsiz azad edilməsi üçün hər şeyi edəcəm, çünki o, Putinin əsirliyindədir və onu azad etmək bizim borcumuzdur. Nə qədər ki, rus rejimi hakimiyyətdədir, onlar şəxsən Putinin tapşırığını yerinə yetirmək üçün əllərindən gələni edəcəklər və Mixeil Saakaşvilini dünən rəyin çıxarıldığı vəziyyətdə saxlayacaqlar. Olduğu yerdə onun reabilitasiyası fiziki cəhətdən mümkün deyil və bütün bu sifarişlər Rusiyadan gəlir”- deyə Sopo Caparidze açıqlayıb.