Sopo Caparidze - humanitar təşəbbüs davam edir, biz çoxlu insanların bizi gözlədiyi Kirbaliyə gedirik, layihənin Tamaz Qinturinin evində həyata keçirilməsi böyük şərəfdir
Humanitar təşəbbüsümüz davam edir, 3 dekabr bazar günü saat 12:00-da Kirbaliyə, işğal xəttinə gedirik. Artıq bir çox insan bizi gözləyir. Layihənin Tamaz Qinturinin evində həyata keçirilməsi mənim üçün böyük şərəfdir, – bu barədə Mixail Saakaşvilinin nümayəndəsi Sopo Caparidze bildirib.
Bundan əlavə, Sopo Caparidze həm tibb işçilərinin, həm də yerli əhalinin təhlükəsizliyini maksimum dərəcədə təmin etmək üçün hüquq-mühafizə orqanlarına müraciət edib.
“Şadam ki, bizim komandaya işğalın nə demək olduğunu çox yaxşı bilən bir şəxs qoşuldu. O, öz ölkəsinin ərazisindən qaçırılmağın nə demək olduğunu şəxsən yaşayıb, rus hərbçilərinin oynadığı rolu çox gözəl bilir və böyük müqavimətə baxmayaraq, hələ də oradadır, oradakı sakinlərin ən böyük ümididir. İşinə və ölkəsinə olan sevgisinə görə Vaja Qaprindaşviliyə təşəkkür etmək istəyirəm. Ölkənin ümidi olan Qiorqi Çeişvilinin də bizə qoşulması böyük şərəfdir. O, vətəndaşlarımızın ehtiyac duyduğu zaman həmişə orada olan bir insandır”, – deyə Sopo Caparidze bildirib.
Müəllif -
Mehemmed Bayramaliyev