Son yeddi gündə koronavirusa yoluxma faizi 9,05 faizdir
Son yeddi gündə koronavirusa yoluxma faizi 9,05 faizdir

Son yeddi gündə koronavirusa yoluxma faizi 9,05 faizdir. Məlumat hökumətin stopcov.ge xüsusi saytında dərc edilib.

Hazırda müsbət göstərici 8,89 faiz, son 14 gündə isə 9,63 faiz təşkil edir.

Bu gün Covid-19 4446 nəfərdə təsdiqlənib, 5320 xəstə sağalıb, 77 nəfər dünyasını dəyişib.

Dünən, noyabrın 17-də Gürcüstanda 4732 nəfərdə koronavirus aşkarlanıb, 4812 nəfər sağalıb, 72 nəfər vəfat edib.