Son yeddi gündə koronavirus aşkarlanma nisbəti 8,82 faizdir. Məlumatlar hökumətin stopcov.ge xüsusi saytında dərc edilib.
Hazırda müsbət göstərici 11,57 faiz, son 14 gündə isə 9,78 faiz təşkil edir.
Bu gün Gürcüstanda 6021 nəfərdə koronavirus aşkarlanıb, 3792 xəstə sağalıb, 75 xəstə vəfat edib.
Dünən, noyabrın 8-də Gürcüstanda 2191 nəfərdə koronavirus aşkarlanıb, 4348 nəfər sağalıb, 74 nəfər vəfat edib.