Son üç gündə güclü istilər səbəbindən Hindistanda 50-dən çox insan həlak olub
Son üç gündə güclü istilər səbəbindən Hindistanda 50-dən çox insan həlak olub

 
Son üç gündə güclü istilər səbəbindən Hindistanda 50-dən çox insan həlak olub. “BBC”nin məlumatında, Utar Pradeş ştatında 33, Odişada isə 20 nəfərin dünyasını dəyişdiyi deyilir. Dünyasını dəyişənlərin arasında ölkədəki cari ümumi seçkilər çərçivəsində, seçki məntəqələrində olan hüquq-mühafizə orqanları və seçki komissiyalarının əməkdaşları da var.

Hindistanın Səhiyyə Nazirliyinin məlumatına əsasən, martın 1-dən mayın 30-dək olan dövrdə, yazda da istilərdən 56 nəfər həlak olub. Ümumilikdə 24 849 nəfər isti vurma diaqnozu ilə xəstəxanaya müraciət edib. Lakin onların sayı ola bilsin daha çox ola bilər.