İctimai yerlərdə seksual təzyiq və təhqir xarakteri daşıyan hərəkətlərə qarşı qanunun qüvvəyə minməsindən bu günə qədər, Daxili İşlər Nazirliyi, ölkə miqyasında 11 cinsi təhqir halını aşkarlayıb.
Polis tərəfindən yayılan məlumatda deyilir ki, müvafiq qanunun daha effektiv yerinə yetirilməsi məqsədi ilə, Daxili İşlər Nazirliyi, bu məsələ ilə bağlı, polis imkanlarının artırılması istiqamətində fəal şəkildə işləməyə davam edir.
“2019-cu ilin may ayından Gürcüstanın İnzibati Hüquq Məcəlləsinə dəyişikliklər daxil edildi, hansılarına asasən, hərhansı şəxsə qarşı cinsi təzyiq və təhqir, inzibati qanun pozuntularına daxil ediləcək” – deyilir nazirliyin bəyanatında.
Daxili İşlər Nazirliyinin bəyanatına görə, ictimai yerlərdə şəxsə qarşı seksual xarakter daşıyan və onu təhqir edən və yaxud utandıran hərəkət – rəsmi olaraq, seksual təzyiq və təhqir hesab ediləcək və qanunla cəzalandırılacaq.
“Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edir, əgər sizə qarşı seksual təzyiq, təhqir və bənzər xasiyyətli hərəkətlər edilsə, dərhal polisə bildirin” – deyilir nazirliyin bəyanatında.