Son sutka ərzində 700-dən çox miqrant La-Manş boğazını keçərək Böyük Britaniyaya gəlib
Son sutka ərzində 700-dən çox miqrant La-Manş boğazını keçərək Böyük Britaniyaya gəlib

Son bir gündə 700-dən çox miqrant La-Manş boğazı ilə Böyük Britaniyaya gəlib. “Sky News” xəbər verir ki, bu, Key Starmerin ölkənin baş naziri olduqdan sonra Böyük Britaniyaya bu yolla gələn ən çox miqrantdır.

Böyük Britaniya Daxili İşlər Nazirliyinin yaydığı məlumatda qeyd olunduğu kimi, avqustun 12-də La-Manş boğazı vasitəsilə 11 kiçik qayıqla Böyük Britaniyaya ümumilikdə 703 miqrant gəlib.

Qeyri-qanuni miqrantların Böyük Britaniyaya qayıqla gəlməsinin qarşısının alınması ölkədə iyulda keçirilən növbədənkənar seçkilərdə əsas məsələlərdən biri olub.

Ölkənin hazırkı baş naziri Kier Strammer hakimiyyətə gəldikdən sonra seçicilərə insan alveri ilə məşğul olan insanlara qarşı mübarizə aparacaqlarına söz verib.

Məlumat üçün bildirək ki, 2024-cü ilin yanvarından bu günə kimi Britaniyaya La-Manş boğazı vasitəsilə 18 342 qeyri-qanuni miqrant gəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13% artım deməkdir.