Son göstəricilərlə, Kaxetidə üzümçülərin gəliri 70 milyon lariyə çatır
Rtveli 2021 çərçivəsində, Kaxetidə üzümçülərin gəliri 70 milyon lariyə çatır.
Milli Şərab Agentliyinin məlumatına görə, 11 sentyabr göstəricilərilə, Kaxetidə 73 min ton üzüm emal olundu, bu isə, keçən ilin analoji dövrünün göstəricisindən demək olar üç dəfə artıqdır.
“Emal olunmuş üzümdən 43.5 min tona qədəri Rkasiteli, 24 min tona qədəri Saperavi, 2.2 min tona qədəri Kaxuri Mtsvanedir və geridə qalan müxtəlif növ üzümüdür. Üzümün gündəlik emalı səkkiz min ton çərçivəsindədir, bu da ona işarə edir ki, Rtveli aktiv fazaya daxil olur”, – Milli Şərab Agentliyində bəyan edirlər.