Son bir ayın göstəriciləri ilə, "Qırmızı körpüdə" 16 730 litrdən artıq deklarasiya olunmamış dizelin gətirilməsi faktının qarşısı alındı
Son bir ayın göstəriciləri ilə, “Qırmızı körpüdə” 16 730 litrdən artıq deklarasiya olunmamış dizelin gətirilməsi faktının qarşısı alındı.
Bu haqda məlumatı Gürcüstanın Maliyyə Nazirliyinin gəlirlər xidməti yayır.
“Beynəlxalq yükün daşınmasını həyata keçirən yük nəqliyyatının hərəkatı zamanı, gömrük nəzarəti tərəfindən deklarasiya olunmamış yanacağın gətirilməsinə sərt şəkildə kontrol edilir.
Gömrük ofiserləri tərəfindən, “Qırmızı körpü” keçid məntəqəsində, Azərbaycandan daxil olan yük avtomobillərinin, şübhə əsasında yoxlanması nəticəsində, son bir ay ərzində, 16 730 litrdən artıq deklarasiya olunmamış yanacağın gətirilməsi faktının qarşısı alındı.
Qeydiyyatdan keçməyən məhsulun gətirilməsi, yük maşınlarının sürücüləri tərəfindən, kustar şəkildə hazırlanan baklarla həyata keçirilir.
Gürcüstanın gömrük məcəlləsinin 168-ci madəsinə əsasən, qeyq olunan fakt hüquq pozuntusudur və sanksiya olaraq, pul cəriməsini nəzərdə tutur” – deyilir məlumatda.