Son altı ayda Gürcüstan mandarin ixracından 19 milyon dollarlıq gəlir əldə etdi
Son altı ayda Gürcüstan mandarin ixracından 19 milyon dollarlıq gəlir əldə etdi

Ətraf Mühitin Müdafiyəsi və Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, 2020-ci ilin avqustun 1-dən 2021-ci ilin fevralın 7-nə qədər Gürcüstandan 39 min ton mandarin ixrac edildi və ölkə 19 milyon dollar qazandı.

Nazirliyin məlumatına görə, qeyd olunan dövrdə, həyata keçirilən mandarin ixracının həcmi 2.8 milyon ABŞ dollar ilə, yəni 17% ilə 2019/2020-ci illərin analoji dövrünün göstəricilərindən artıqdır.

“Keçən il mandarin ixracı əsasən Rusiyaya (22,5 min ton), Ermənistana (8,7) və Ukraynaya (5,3 ton) həyata keçirildi.

Qeyd olunan ölkələrdən başqa, mandarin Gürcüstandan Moldovaya, Türkmənistana, Belorusiyaya, Qazaxstana, Litvaya, Sloveniyaya, Tacikistana, Qırqızıstana, Azərbaycana, ABŞ-a və Almaniyaya ixrac edilir” – deyilir nazirlikdə.