Son 7 gündə koronavirusa yoluxma faizi 9,6 faizdir
Son 7 gündə koronavirusa yoluxma faizi 9,6 faizdir

Son 7 gündə koronavirusa yoluxma faizi 9,6 faizdir. Məlumat hökumətin stopcov.ge xüsusi saytında dərc edilib.

Hazırda müsbət göstərici 9,53 faiz, son 14 gündə isə 10,02 faiz təşkil edir.

Bu gün Gürcüstanda 3700 yeni koronavirusa yoluxma faktı aşkarlanıb, 5277 xəstə sağalıb, 81 nəfər vəfat edib.

Dünən, noyabrın 13-də Gürcüstanda 4565 yeni koronavirusa yoluxma faktı aşkarlanıb, 2285 xəstə sağalıb, 78 nəfər vəfat edib.