Son 7 gündə koronavirus aşkarlanma nisbəti 9,77 faizdir
Son 7 gündə koronavirus aşkarlanma nisbəti 9,77 faizdir

Son 7 gündə koronavirus aşkarlanma nisbəti 9,77 faizdir. Məlumat hökumətin stopcov.ge xüsusi saytında dərc edilib.

Hazırda müsbət göstərici 10,71 faiz, son 14 gündə isə 9,34 faiz təşkil edir.

Bu gün Gürcüstanda 5206 koronavirusa yoluxma faktı aşkarlanıb, 4648 xəstə sağalıb, 53 nəfər vəfat edib.

Dünən, noyabrın 3-də Gürcüstanda 6024 nəfərdə koronavirus halı aşkarlanıb, 3818 nəfər sağalıb, 49 nəfər vəfat edib.