Son 7 gündə koronavirus aşkarlanma nisbəti 9,77 faizdir. Məlumat hökumətin stopcov.ge xüsusi saytında dərc edilib.
Hazırda müsbət göstərici 8,15 faiz, son 14 gündə isə 10,01 faiz təşkil edir.
Bu gün Gürcüstanda 4565 yeni koronavirusa yoluxma faktı aşkarlanıb, 2285 xəstə sağalıb, 78 nəfər vəfat edib.
Dünən, noyabrın 12-də Gürcüstanda 4445 nəfərdə koronavirus aşkarlanıb, 3508 nəfər sağalıb, 77 nəfər vəfat edib.