Son 7 gündə koronavirus aşkarlanma nisbəti 9,52 faizdir. Məlumat hökumətin stopcov.ge xüsusi saytında dərc edilib.
Hazırda müsbət göstərici 9,03 faiz, son 14 gündə isə 9,97 faiz təşkil edir.
Bu gün Gürcüstanda 1820 yeni koronavirusa yoluxma faktı aşkar edilib, 6017 xəstə sağalıb, 82 nəfər vəfat edib.
Dünən, noyabrın 14-də Gürcüstanda 3700 yeni koronavirusa yoluxma faktı aşkarlanıb, 5277 xəstə sağalıb, 81 nəfər vəfat edib.