Son 7 gündə koronavirus aşkarlanma nisbəti 9,19 faizdir
Son 7 gündə koronavirus aşkarlanma nisbəti 9,19 faizdir

Son 7 gündə koronavirus aşkarlanma nisbəti 9,19 faizdir. Məlumat hökumətin stopcov.ge xüsusi saytında dərc edilib.

Hazırda müsbət göstərici 12,04 faiz, son 14 gündə isə 9,15 faiz təşkil edir.

Bu gün Gürcüstanda 3201 yeni koronavirusa yoluxma faktı aşkarlanıb, 4098 xəstə sağalıb, 64 nəfər vəfat edib.

Dünən, noyabrın 23-də Gürcüstanda 5085 nəfərdə koronavirus aşkarlanıb, 4428 nəfər sağalıb, 62 nəfər vəfat edib.