Son 7 gündə koronavirus aşkarlanma nisbəti 8,99 faizdir. Məlumat hökumətin stopcov.ge xüsusi saytında dərc edilib.
Hazırda müsbət göstərici 8,34 faiz, son 14 gündə isə 9,52 faiz təşkil edir.
Bu gün “Kovid-19”a yoluxanların sayı 4278 nəfərə çatıb, 4154 nəfər sağalıb, 63 nəfər dünyasını dəyişib.
Dünən, noyabrın 18-də Gürcüstanda 4446 nəfərdə koronavirus aşkarlanıb, 5320 xəstə sağalıb, 77 nəfər dünyasını dəyişib.