Son 7 gündə koronavirus aşkarlanma nisbəti 8,97 faizdir. Məlumat hökumətin stopcov.ge xüsusi saytında dərc edilib.
Hazırda müsbət göstərici 9,89 faiz, son 14 gündə isə 9,11 faizdir.
Son 24 saat ərzində Covid-19-a 5085 nəfər yoluxub, 4428 nəfər sağalıb, 62 nəfər vəfat edib.
Dünən, noyabrın 22-də Gürcüstanda 1851 nəfər koronavirusa yoluxub, 5530 nəfər sağalıb, 55 nəfər vəfat edib.