Son 7 gündə koronavirus aşkarlanma nisbəti 8,97 faizdir. Məlumat hökumətin stopcov.ge xüsusi saytında dərc edilib.
Hazırda müsbət göstərici 8,17 faiz, son 14 gündə isə 8,94 faiz təşkil edir.
Bu gün Gürcüstanda 3 965 yeni koronavirusa yoluxma faktı aşkarlanıb, 4627 xəstə sağalıb, 43 nəfər vəfat edib.
Dünən, oktyabrın 28-də Gürcüstanda 4009 nəfərdə koronavirus aşkarlanıb, 5177 nəfər sağalıb, 45 nəfər vəfat edib.