Son 7 gündə koronavirus aşkarlanma nisbəti 10,45 faizdir. Məlumat hökumətin stopcov.ge xüsusi saytında dərc edilib.
Hazırda müsbət göstərici 11,06 faiz, son 14 gündə isə 9,58 faiz təşkil edir.
Bu gün Gürcüstanda 4104 nəfərdə koronavirus aşkarlanıb, 4627 xəstə sağalıb, 67 xəstə vəfat edib.
Eyni zamanda, noyabrın 6-na Gürcüstanda 5240 yeni koronavirusa yoluxma faktı aşkar edilib, 2235 xəstə sağalıb, 68 nəfər vəfat edib.