Son 7 gündə koronavirus aşkarlanma nisbəti 10,19 faizdir. Məlumat hökumətin stopcov.ge xüsusi saytında dərc edilib.
Hazırda müsbət göstərici 9,25 faiz, son 14 gündə isə 9,98 faiz təşkil edir.
Bu gün Gürcüstanda 4563 yeni koronavirusa yoluxma faktı aşkarlanıb, 4744 xəstə sağalıb, 77 nəfər vəfat edib.
Dünən, noyabrın 10-da Gürcüstanda 5751 nəfərdə koronavirus aşkarlanıb, 3647 nəfər sağalıb, 78 nəfər vəfat edib.