Son 24 saatda, koronavirusa qarşı mübarizə məqsədi ilə qüvvədə olan requlyasiyaların pozulmasının 790 faktı qeydə alındı
Gürcüstanın Daxili İşlər Nazirliyinin müvafiq bölmələrinin əməkdaşları, ölkədə koronavirusun yayılmasının qarşısının alınması məqsədi ilə tətbiq olunan requlyasiyaların pozulması faktlarına operativ reaksiya göstərirlər.
Son 24 saatda, koronavirusa qarşı mübarizə məqsədi ilə qüvvədə olan requlyasiyaların pozulmasının 790 faktı qeydə alındı.
Bu haqda məlumatı Daxili İşlər Nazirliyi yayır və vətəndaşları requlyasiyaları qorumağa çağırır.
Son 24 saat ərzində, 53 nəfər saat 21:00-dən səhər 05:00-ə qədər küçəyə çıxdığına görə cərimələndi.
Tibbi maskanın istifadə edilmədiyinə görə 737 fiziki şəxs cərimələndi.
Tibbi maskanın taxılmaması üçün cərimə 20 laridir.
İzolyasiya və karantin qaydalarının pozulduğuna görə cərimə fiziki şəxslər üçün 2 000 lari, hüquqi şəxslər üçün isə, 10 000 laridir.