Son 24 saat ərzində İranda koronavirusdan 75 nəfər həlak oldu, infeksiyanın yeni 2 369 halı qeydə alındı
Son 24 saat ərzində İranda koronavirusdan 75 nəfər həlak oldu, infeksiyanın yeni 2 369 halı qeydə alındı.
Bu göstəriciləri İran medyası ölkənin Səhiyyə Nazirliyinə istinad edərək, yayır.
Virusun yayılmasından bugünə qədər İranda koronavirusun 182 545 halı qeydə alınıb.
Ölənlərin sayı isə, 8 659 nəfəri təşkil edir.
Səhiyyə Nazirliyinin mətbuat spikeri Sima Larinin bəyanatına görə, infeksiyaya yoluxanlardan 144 649 nəfər artıq sağalıb.
2 739 pasiyent isə, kritik vəziyyətdədir.