Son 24 saat ərzində fövqəladə vəziyyət rejiminin pozulmasına dair 89 yeni fakt müəyyən edilib
Son 24 saat ərzində fövqəladə vəziyyət rejiminin pozulmasına dair 89 yeni fakt müəyyən edilib

 

Son 24 saat ərzində ,hüquq-mühafizəçilər tərəfindən həyata keçirilmiş monitorinq nəticəsində , bütün ölkə miqyasında,  fövqəladə vəziyyət  rejimi  və komendant saatının məhdudiyyətlərinin pozulmasına  dair 89   yeni fakt müəyyən edilib-bu barədə  Gürcüstanın DİN-yi tərəfindən yayılmış məlumatda qeyd olunub.

Onların verdiyi məlumata görə, polis mayın 16-sı   saat  21:00 –dan mayın 17-si səhər  saat 06:00 –dək,  komendant saatının pozulması faktı  ilə əlaqədar , bütün  ölkə miqyasında  81  vətəndaşı cərimələyib.

Sərnişinlərin daşınması  və avtomobillə  hərəkət qaydasının  pozulması faktına görə daha  7 nəfər cərimələnib.

Polis ,özünütəcrid qaydasının pozulmasına dair bir yeni fakt  müəyyən edib.

″DİN-yi yenidən vətəndaşlara müraciət  edərək,onları fövqəladə vəziyyət rejimi çərçivəsində təyin olunmuş məhdudiyyətlərə əməl etməyə çağırıb,əksi təqdirdə qanunla nəzərdə tutulmuş ,müvafiq ölçülərə baş vurulacaq″-deyə DİN-dən qeyd olunub.

Qurumdan bir daha qeyd olunub ki, fövqəladə vəziyyət rejiminin pozulması inzibati məsuliyyətə səbəb olur  , bu da fiziki şəxsin 3000 lari,hüquqi şəxsin isə 15000 lari miqdarında  cərimələnməsini nəzərdə tutur .

 

 

 

Hazırladı-Sevinc Mustafayeva