Somalidə silahlı şəxslər yerli jurnalisti qətlə yetirdilər. Bu barədə məlumatı “Reuters” agentliyi yayır.
Yayılan məlumata görə, ağır yaralanan 25 yaşlı Abdivali Ali Hasan təcili tibbi yardım maşınında, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişdi.
Hücum üzrə məsuliyyəti üzərinə heç kim götürməyib. Hadisə Somalinin paytaxtı, Moqadişudan 25 kilometr aralı baş verdi.