Somalidə baş verən partlayışlar nəticəsində azı 6 nəfər ölüb, 10 nəfər yaralanıb
Somalidə baş verən partlayışlar nəticəsində azı 6 nəfər ölüb, 10 nəfər yaralanıb.
Partlayışlar Somalinin paytaxtı Moqadişuda və ölkənin cənubunda yerləşən Orta Şabelle bölgəsinin şəhərlərindən birində baş verib. Bununla bağlı rəsmilər məlumat yayırlar.
“Əl-Şəbab” radikal islamçı qruplaşmasının Somali ərazisində tez-tez partlayışlar və silahlı hücumlar təşkil etdiyi məlum olsa da, hücumların kim tərəfindən həyata keçirildiyi hələlik məlum deyil.
Moqadişoda partlayışa Milli Teatrın yaxınlığında park edilmiş avtomobilin partlaması səbəb olub. Milli Teatr Prezidentin ofisindən təxminən bir kilometr aralıdadır.