Soxumidə aksiya iştirakçıları və dırnaq arası hüquq-mühafizə orqanlarının işçiləri arasında qarşıdurma baş verib
Soxumidə aksiya iştirakçıları və dırnaq arası hüquq-mühafizə orqanlarının işçiləri arasında qarşıdurma baş verib

 

İşğal olunmuş Abxaziyanın Soxumi şəhərinin mərkəzində yerli qondarma təhlükəsizlik qüvvələri, “Parlament”-in qarşısına toplaşan etirazçıları tüstü buraxan xüsusi vasitələrlə (tüstü qumbaraları) dağıdıblar. Bu barədə BBC “İnterfaks” rus xidmətinə istinadən yazır.

İşğal olunmuş bölgədə aksiya “Abxaziyanın Xalq-Vətənpərvər İttifaqı”-nın təşkilatçılığı ilə keçirilir. Aksiya iştirakçıları işğal olunmuş Abxaziya bölgəsinin Dram Teatrının binası qarşısındakı meydana çıxıblar.Teatr binası qondarma hökumət binalarının qarşısında yerləşir.

Aksiya iştirakçıları “Təhlükəsizlik Qüvvələri”-nin kordonunu yararaq , dırnaq arası parlament və Prezident Administrasiyası qarşısındakı meydana daxil olmağa çalışırlar. Mövcud məlumatlara görə, vaxtaşırı atəş səsləri də eşidilir.

Aksiya iştirakçıları “indiki hakimiyyət”-i və dırnaq arası prezident Aslan Bjaniyanı iqtisadi və enerji böhranında, islahatlara dair seçki vədlərini yerinə yetirməməkdə və işğal olunmuş Abxaziya üçün inkişaf proqramının olmamasında ittiham edirlər.

Aksiya iştirakçıları binaların üzərinə : “Abxaziyanın satışına imkan verməyəcəyik”, “Vətən üçün nə etmisiniz?”, “Xalq sizə inanmır, insanlar yalanlardan yorulublar”, “Üzr istə və get”, “Bizə işıq və su verin” şüarları asıblar. Nümayişçilər onlarla görüşməkdən imtina edən Aslan Bjaniyanın hərəkətindən narazıdırlar.

“Biz bura toplaşanların burada səsləndirilən məsələlərlə bağlı “prezident”-in fikrini eşitmək istədiklərini ona çatdırdıq. Bura toplaşan, lazımi yaşayış şəraiti olmayan insanları narahat edən də budur. Bunu dedik və qarşı tərəfdən də cavab aldıq ki, “mən dünənki müraciətimdə öz mövqeyimi bildirdim və aksiyaya çıxmaq mənə lazım deyil” – deyə dırnaq arası “Abxaziyanın Xalq Birliyi Forumu” partiyasının nümayəndəsi Aslan Bartsits qeyd edib.

Bundan əvvəl, qondarma daxili işlər naziri Valter Butba işğal olunmuş Abxaziya bölgəsinin əhalisindən “müxalifət”-in təşkil etdiyi aksiyalarda iştirak etməməyi xahiş edib.