Soçidə Rusiya prezidentinin iqamətgahında Vladimer Putin və Rəcəp Tayyip Erdoğanın görüşü keçirilir.
Rus medyasının məlumatına görə, danışıqlar qapalı formatda keçirilir.
Görüş başlayana qədər Vladimer Putin qeyd etdi ki, regionda vəziyyət çox gərgindir və Türkiyə və Suriyə arasında görüş mütləqdir.
Kremlin mətbuat katibi Peskov bu danışıqları ağır və zor adlandırdı.
“Müzakirə ediləcək mövzu çoxdur, bəllidir ki, danışıqlar ağır olacaq” – dedi Peskov.
Suriyədə türk əsgərlərinin hərbi əməliyyatlarının dayandırılması müddəti bu gün saat 23:00-da başa çatır və Türkiyə prezidenti əməliyyatların davam ediləcəyi ilə bağlı bəyanat verdi.