"Socar Energy"-nin təşəbbüsü ilə, işğal xəttindəki kəndlərdə 2 174 ailəyə qida məhsulu veriləcək
“Socar Energy”-nin Gürcüstandaki baş direktoru Mahir Məmmədovun təşəbbüsü və Barış və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət naziri aparatının qoşulması ilə, işğal xəttindəki kəndlərdə 2 174 ailəyə qida məhsulu veriləcək.
Sosiyal yardım aksiyası münaqişə nəticəsində zərər görən beş regionun 116 kəndində yaşayan yoxsul ailələrə və kimsəsiz yaşlılara dəstəyi nəzərdə tutur.
Yardım kampaniyası Sameqrelodan başladı və qida paketlərinin paylanması aksiyasında “Socar Georgia Petroleum”-un direktoru Levan Giorqadze, Barış və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət naziri Tea Axvlediani və bölqə qubernatoru Malxaz Topuria iştirak edirdilər.
“Socar”-ın sosiyal yardım paketini Şida-Kartli, Mtsxeta-Mtianeti, İmereti və Raça regionlarında yaşayan kimsəsiz yaşlılar və 800-ə qədər yoxsul ailələr alacaqlar.
Cəmi olaraq, ərzaqın qiyməti 279 570 lari təşkil edir.
Bu haqda məlumatı Barış və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət naziri aparatı yayır.