"SOCAR Georgia Gas" dekabrın 1-dən qeyri-məişət istehlakçıları üçün təbii qazın qiymətlərini artıracaq

2021-ci il dekabrın 1-dən “SOCAR Georgia Gas”ın qeyri-məişət abonentləri üçün 1 m3 təbii qaz 20 tetri, tarif isə bir lari və 15 tetri olacaq.

Bu barədə Gürcüstanın Birinci Kanalına şirkətdən məlumat verilib.

“SOCAR Georgia Gas” şirkətinin məlumatına görə, qazın qiymətinin artmasının əsas səbəblərindən biri milli valyutanın devalvasiyasıdır.

“1 dekabr 2021-ci il tarixindən etibarən “SOCAR Georgia Gas” Ltd-nin pərakəndə qeyri-məişət abonentləri üçün 1 m3 təbii qazın pərakəndə satış qiyməti ƏDV daxil olmaqla 1,15 (bir lari və on beş tetri) lari müəyyən edilib. Qeyri-məişət abonentləri üçün təbii qazın qiyməti son iki il yarımdır ki, “SOCAR Georgia Gas” MMC tərəfindən saxlanılırdı. Qiymətlərin tənzimlənməsinə ehtiyac xidmət xərclərinin artması və milli valyutanın məzənnəsinin dəyişməsi ilə şərtlənir. Eyni zamanda çörək şirkətləri üçün qazın qiyməti dəyişməz qalacaq”, – deyə “SOCAR Georgia Gas”dan bildiriblər.