Sloveniyanın Baş naziri İsrail və HƏMAS liderlərinin həbsinə dair orderlərə hörmətlə yanaşacağını və onları tam yerinə yetirəcəyini bildirib
Sloveniya Haaqa Tribunalının İsrail və HƏMAS liderləri üçün verdiyi həbs orderlərinə hörmət edir və onlara tam əməl edəcək.
“Reuters” agentliyinin yerli KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə Sloveniyanın baş naziri Robert Qolob bildirib.
Beynəlxalq Cinayət Məhkəməsi dünən İsrailin baş naziri Binyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalanti, həmçinin HƏMAS lideri İbrahim əl-Masrinin hərbi cinayətlər və insanlığa qarşı cinayətlər törətməkdə ittiham olunaraq həbsinə order verib.