Sloveniya prezidenti - Avropa İttifaqının genişlənməsi prosesinin sürətləndirilməsini dəstəkləyirəm, bu, Ukrayna, Gürcüstan, Moldova və Qərbi Balkan ölkələrinə aiddir
Sloveniya prezidenti, Borut Pahorun bəyan etdiyinə görə, Gürcüstan, Ukrayna, Moldova və Qərbi Balkanların Avropa İttifaqına qoşulmasının sürətləndirilməsini dəstəkləyir.
Ukrayna mətbuatının yazdığına görə, Borut Pahor bu barədə Antalyada keçirilən diplomatik forumda bəyan etdi.
“Bu Ukraynanın suveren hüququdur ki, Avropa İttifaqı və NATO-ya üzvlük üçün müraciət etsin və bu müraciətlərlə bağlı nə edəcəyinə qərar vermək Avropa İttifaqı və NATO-nun hüququdur. Avropa İttifaqı genişlənmə prosesindədir və mən bunun daha sürətli baş verməsini dəstəkləyirəm. Genişlənmə böyük geosiyasi məsələyə çevrilməlidir. Bu, Ukrayna, Gürcüstan, Moldova və Qərbi Balkan ölkələrinə aiddir”, – Pahor bəyan etdi.
Həmçinin Ukrayna mətbuatının yazdığına görə, Ukraynanın Avropa İttifaqına daxil olması və bu istiqamətdə sürətlə irəliləyiş göstərdiyi halda, Sloveniya prezidenti başqa ölkələrin də Avropa İttifaqına üzvlüyünə namizəd olmasında xüsusi bir şey görmür.