Sloveniya Gürcüstanı təhlükəsiz ölkə olaraq, elan etdi, – bu barədə məlumatı Gürcüstanın Xarici işlər Nazirliyi yayır.
Sloveniya Gürcüstanla bağlı belə bir qərarı verən, Avropa İttifaqının 14-cü ölkəsi oldu.
“Sloveniya tərəfindən verilən qərar yenə bir daha təsdiqləyir ki, Gürcüstan insan hüquqlarının və demokratik standartların qorunması baxımından və həmçinin, ümumi siyasi mühiti nəzərə alaraq, vətəndaşlarını qoruyan təhlükəsiz bir ölkədir” – deyilir nazirliyin bəyanatında.
Gürcüstanı təhlükəsiz ölkələr siyahısına Bolqaristan, Fransa, Lixtenştein, Avstiya, Belçika, Niderlandlar, İslandiya, Lyuksemburq, İrlandiya, Estoniya, Danimarka, Çexiya və Kipr daxil ediblər.