Slovakiyanın Parlamenti siyasi motivli zorakılığa qarşı qətnaməni yekdilliklə dəstəkləyib
Slovakiyanın Parlamenti siyasi motivli zorakılığa qarşı qətnaməni yekdilliklə dəstəkləyib

 
Slovakiyanın Parlamenti siyasi motivli zorakılığa qarşı qətnaməni yekdilliklə dəstəkləyib. 130 deputat qətnaməyə dəstəyini ifadə edib.

Qətnamə siyasi partiyaları, vətəndaş təşkilatlarını və medianı parlament seçkilərinin nəticələrinə hörmətlə yanaşmağa və demokratik yolla seçilmiş hakimiyyətə qarşı nifrət yaymaqdan çəkinməyə çağırır.

Məlumat üçün bildirək ki, Slovakiyanın Baş naziri Robert Fitsoya mayın 15-də Handlova şəhərində odlu silahdan atəş açıblar. Hökumətin iclası başa çatdıqdan sonra baş nazir əraziyə toplaşan insanların yanına gedib və bu zaman onlardan biri ona atəş açıb.

Baş nazir dərhal yaxınlıqdakı xəstəxanaya aparılıb və iki cərrah qrupu tərəfindən 5 saat ərzində əməliyyat edilib. Polis hücumçunu yerindəcə saxlayıb. O, 71 yaşlı Yurai Tsintuladır. O, hücumun səbəbi olaraq Robert Fitsonun siyasətindən narazılığı göstərir.