Slovakiyanın xarici işlər naziri - Ukrayna, Moldova və Gürcüstanın adları ilk dəfə olaraq Avropa İttifaqı Şurasının genişlənmə məsələsi ilə bağlı rəyinə daxil ediləcək
Slovakiyanın xarici işlər naziri - Ukrayna, Moldova və Gürcüstanın adları ilk dəfə olaraq Avropa İttifaqı Şurasının genişlənmə məsələsi ilə bağlı rəyinə daxil ediləcək

 

Ukrayna, Moldova və Gürcüstanın adları ilk dəfə olaraq Avropa İttifaqı Şurasının genişlənmə məsələsi ilə bağlı rəyinə daxil ediləcək-bu barədə Slovakiyanın Xarici və Avropa İşləri üzrə naziri Andrei Stançik Brüsseldə Avropa İttifaqı Şurasının iclası başlamazdan əvvəl açıqlayıb. İclas çərçivəsində Avropa İttifaqının genişlənməsi, sabitləşməsi və assosiasiya prosesi müzakirə olunacaq.

Nazir bildirib ki, Slovakiya Avropa İttifaqının genişlənməsinin həyati əhəmiyyət kəsb etdiyini hesab edir.

“Slovakiya inanır ki, Ukrayna demokratik ailəmizin üzvü olmalıdır. Ukrayna, Moldova və Gürcüstanın adları ilk dəfə olaraq Avropa İttifaqı Şurasının genişlənmə məsələsi ilə bağlı rəyinə daxil ediləcək. İnanırıq ki, Aİ-nin genişlənməsi bizim birliyimizin həyati tərkib hissəsidir, genişlənmə iqtisadiyyatımız üçün vacibdir, iqtisadi, siyasi və geosiyasi səbəblərdən mühümdür. Bu səbəbdən biz Bosniya və Herseqovinaya Aİ-yə namizəd statusunun verilməsinin tərəfdarıyıq, çünki bu, bu ölkənin siyasətçilərinin ölkəni avropasayağı formada islahatlara davam etdirmələri üçün güclü təkan olacaq” – deyə Stançik açıqlayıb.