Slovakiyada prezident seçkilərinin ikinci turu keçirilir
Slovakiyada prezident seçkilərinin ikinci turu keçirilir.
Prezident postu uğrunda hakim koalisiyanın namizədi, parlamentin spikeri Peter Pelleqrini və sabiq xarici işlər naziri İvan Korçok mübarizə aparır.
Ölkədəki seçki məntəqələri saat 07:00-da açılıb və insanlar saat 22:00-a qədər səs vermək imkanı əldə edəcəklər.
Medianın məlumatına görə, birinci turdan sonra İvan Korçokun uğuru böyük sürpriz olub, çünki sorğulara görə, o, bundan əvvəl lider deyildi. Son sorğuların nəticələrinə görə, Piter Pelleqrini liderdir.