Slovakiyada prezident seçkilərinin ikinci turu aprelin 6-da keçiriləcək
Slovakiyada prezident seçkilərinin ikinci turu aprelin 6-da keçiriləcək. Birinci turun nəticələrinə əsasən, Avropayönlü namizəd, sabiq xarici işlər naziri İvan Korkok liderlik edir. İkinci yeri hazırkı baş nazir Robert Fitsonun müttəfiqi olan rusiyapərəst Piter Pelleqrini tutur.
Piter Pelleqrinin qalib gəldiyi təqdirdə, Fitsonun gücünü möhkəmləndirmək şansı var.
Qeyd edək ki, Fitsonun Ukrayna ilə bağlı görüşləri və Rusiya ilə yaxınlaşması Qərbin tənqidinə səbəb olub.