Slovakiyada hökumət əleyhinə etirazlar fonunda ölkənin DİN-i vəzifəli şəxslərin təhlükəsizliyini gücləndirib
Slovakiyada hökumət əleyhinə etirazlar fonunda ölkənin DİN-i vəzifəli şəxslərin təhlükəsizliyini gücləndirib

Slovakiyada hökumət əleyhinə etirazlar fonunda ölkənin Daxili İşlər Nazirliyi vəzifəli şəxslərin təhlükəsizliyinin gücləndirilməsi əmrini verib.

Bu barədə yerli media yazır.

Slovakiyanın DİN-ində qeyd olunan tədbirlərin kimə və hansı formada təsir edəcəyini dəqiqləşdirmirlər.

“Mayın 15-də baş verən hadisənin bir daha təkrarlanmaması üçün bəzi vəifəli şəxsin təhlükəsizliyi üçün bir daha tədbirlər görməyə məcbur olduq”,- ölkənin daxili işlər naziri Matus Şutai Eştok bildirib.

2024-cü ilin mayında Slovakiyanın baş naziri Robert Fitsoya hücum edildi, ona dörd güllə atdılar.

Hökumət əleyhinə aksiyalara gəlincə, küçələrə çıxanlar dövlət teatrlarının və qalereyalarının rəhbərlərini qəfil vəzifədən azad edən Slovakiyanın mədəniyyət naziri Martina Şimkoviçovanın istefasını tələb edirlər.

Aksiya təşkilatçılarının qiymətləndirməsinə görə, nümayişdə 18 mindən çox insan iştirak edirdi.

Aksiay iştirakçıları mədəniyyət nazirinin istefası ilə yanaşı, Slovakiya hökumətinin təşəbbüsü ilə həyata keçirilən məhkəmə islahatına qarşı çıxırlar, bu islahatlar çərçivəsində iqtisadi cinayət üçün görə cəza yüngülləşdiriləcək.