Slovakiya Milli Şurasının Xarici İşlər Komitəsi Gürcüstanın Avropa gələcəyini dəstəkləyən qətnamə qəbul edib
Slovakiya Milli Şurasının Xarici İşlər Komitəsi Gürcüstanın Avropa gələcəyini dəstəkləyən qətnamə qəbul edib

Slovakiya Parlamentinin Xarici İşlər Komitəsi Gürcüstanın Avropa perspektivini dəstəkləyən qətnamə qəbul edib. Bu barədə Gürcüstan parlamenti məlumat yayır.

Qətnaməyə əsasən, komitə Gürcüstanın Avropa perspektivinə aydın dəstəyin göstərilməsinin vacibliyini qəbul edir.

Slovakiya Respublikasının Milli Şurasının Xarici İşlər Komitəsi bu perspektivin reallaşmasına töhfə verən Avropa İttifaqı və Slovakiyanın diplomatik və siyasi səviyyədə fəaliyyətini tam dəstəkləyir.

“Slovakiya Avropa İttifaqına üzv olduqdan sonra Aİ-nin genişlənməsi mövzusu Slovakiyanın xarici və Avropa siyasətinin əsas prioritetlərindən biridir. Qonşu Ukraynanın Avropa İttifaqına daxil olması bu gün bizim yeni çağırışımızdır. Avropa İttifaqına daxil olmaq arzusunu ifadə edən və Slovakiya Respublikasının uzunmüddətli tərəfdaşlıq əlaqələri olan digər ölkələri də unutmaq olmaz. Bu kontekstdə Avropa İttifaqına və NATO-ya üzv olmaq arzusunu rəsmən ifadə edən Gürcüstanı qeyd etmək xüsusilə vacibdir. Bu məqsədə nail olmaq üçün zəruri meyarların yerinə yetirilməsi məqsədilə səylərin artırılması vacibdir” -deyə Slovakiya Parlamentinin Xarici İşlər Komitəsinin qəbul etdiyi qətnamədə qeyd olunur.