Slovakiya mediasının məlumatına görə, Robert Fitsonun sağlamlıq vəziyyəti ağırdır
Slovakiya mediasının məlumatına görə, Robert Fitsonun sağlamlıq vəziyyəti ağırdır

Slovakiya mediasının məlumatına görə, baş nazir Robert Fitsonun sağlamlıq vəziyyəti ağırdır.

Medianın yazdığına görə, Robert Fitsonun qarın boşluğunda qanaxması var və həkimlər qanaxmanın mənbəyini tapa bilmirlər. medianın məlumatına görə, bir güllə bağırsaqdan keçib.

Bununla yanaşı, Slovakiyanın baş nazirinin kompyuter tomoqrafiyasından keçdiyi barədə məlumat yayılır.

Robert Fitsoya edilən hücuma cavab olaraq Slovakiya Respublikasının Milli Şurası parlamentdə təhlükəsizlik tədbirlərini gücləndirir, həmçinin Slovakiya Respublikasının Milli Şurasının üzvlərinin təhlükəsizliyi üçün tədbirlər görür.

Slovakiya mediasının məıumatına görə, ölkənin hakim partiyasının üzvləri Robert Fitsonu öldürmək cəhdində medianı günahlandırırlar və dəyişiklik edəcəyinə söz verirlər.

Slovakiyanın baş naziri Robert Fitsoya hökumətin iclasından sonra küçədə odlu silahdan atəş açılıb. Hökumətin iclası Bratislavadan 180 kilometr aralıda yerləşən Handlova şəhərindəki Mədəniyyət Evində keçirilirdi.