Sxunkuri-Mele hissəsində məhdudiyyət tədbiq olundu
Sxunkuri-Mele hissəsində məhdudiyyət tədbiq olundu

Gürcüstan Bölgə İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına görə, Kutaisi-Sğaltubo-Saqeri-Lentexi-Lasdili daxili dövlət əhəmiyyətli yolun km15-km125 hissəsində (Sxunkuri-Mele) yedəkli, yarım-yedəkli avtonəqliyyat vasitəsinin və 30-dan artıq yeri olan avtobusun  hərəkəti qadağandır.

İdarənin məlumatına görə, məhdudiyyətə səbəb intensiv qar və buz oldu.

Bununla yanaşı, qeyd olunan hissədə başqa növ avtonəqliyyat vasitəsinin hərəkəti yalnız sürüşməyə qarşı zəncirlərdən istifadə ilə mümkündür. Yüksək keçidli avtonəqliyyatın, iki və ya artıq körpüsü olan avtonəqliyyatın hərəkəti sərbəstdir.

Avtomobil younun km1-km15 (Sğaltubo döngəsi-Sxunkuri) hissəsində avtonəqliyyatın hərəkəti sərbəstdir.