Sxinvalinin işğalçı rejimi bəyan edir ki, Cenevrə beynəlxlaq diskussiyalarının həmsədrlərinin bəyanatları onlar üçün qeyri-məqbuldur
Sxinvalinin işğalçı rejimi bəyan edir ki, Cenevrə beynəlxlaq diskussiyalarının həmsədrlərinin bəyanatları onlar üçün qeyri-məqbuldur

Sxinvali işğalçı rejiminin sözdə Xarici İşlər Nazirliyi Gürcüstan iqtidarının hərəkətlərini “Cənubi Osetiyanın dövlət sərhədlərinin möhkəmliyinin növbəti yoxlanışı” olaraq dəyərləndirir.

Cənubi Osetiyanın sözdə de-fakto nazirliyinin bəyanatına görə, “gürcü tərəfi gürcü-osetin qarşıdurmasının dayandırılmasını istəmir və əksinə, vəziyyətin eskalasiyası üçün provokasiyalara gedir”.

Bununla yanaşı, bəyanatda deyilir ki, Sxinvali rejimi üçün Cenevrə beynəlxalq diskussiyalarının həmsədrlərinin bəyanatları və Avropa ittifaqı və ATƏT nümayəndələrinin məlum olmayan münasibəti qeyri-məqbuldur.

“Avtoritar beynəlxalq təşkilatlara müraciət edirik ki, bütün diqqətini ona yönləndirinlər ki, gürcü tərəfinin Cənubi Osetiyaya qarşı provokasiyaları dayandırılsın. Gürcü tərəfində isə, müraciət etsinlər ki, yaranan krizisdən konstruktiv şəkildə çıxa bilməyimiz üçün müvafiq qərarlar versin” – deyilir de-fakto rejimin bəyanatda.

Bəyanatda həmçinin, qeyd olunur ki, gürcü silahlı qüvvələrinin ərazidən çıxardılması gərginliyin azalmasına və konstruktiv işləmənin başlamasına səbəb ola bilər.