Sxinvalinin işğalçı rejimi Axalqori və Cava rayonlarının sakinləri üçün Gürcüstanın nəzarətində olan əraziyə keçid rejiminin sadələşdiriləcəyini bildirir
Sxinvalinin işğalçı rejiminin nümayəndələri Axalqori və Cava rayonlarının sakinləri üçün Gürcüstanın nəzarətində olan əraziyə keçid rejiminin sadələşdiriləcəyini bildirirlər.
Bu barədə məlumatı Rusiyanın işğalı altındakı bölgənin dırnaq arası prezidentinin saytı yayır.
Belə ki, Axalqori və Cava rayonlarının sakinləri hər ayın 20-i və 30-da Mosabruni/Odzisi və Perevi keçid məntəqələrindən keçə biləcəklər.
İşğalçı rejimin nümayəndələri qərarın yerli əhalinin müraciəti əsasında verildiyini bildirirlər.